Milli Şurada vahid namizədlə bağlı açıq səsvermə keçirilib. Lent.az-ın məlumatına görə, Şurada təkcə Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülüb.
Milli Şuranın 84 üzvü arasında vahid namizədlə bağlı səsvermə keçirilib. 83 nəfər lehinə, 1 nəfər bitərəf olmaqla Rüstəm İbrahimbəyov müxalifətin bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində vahid namizədi olub.