Rüstəm İbrahimbəyov gələsi olmadı
28 iyul 2013 17:07 (UTC +04:00)

Rüstəm İbrahimbəyov gələsi olmadı

“Milli Şuranın yekun qərarına əsasən, Rüstəm İbrahimbəyovun Bakıya gəlişi, vətəndaşlıqla bağlı sənədləri aldıqdan sonra reallaşmalıdır. Rüstəm İbrahimbəyovun iyulun 31-də Bakıya qayıtması planlaşdırılıb. Ayın 30-da Tiflisə 1 günlük səfərdən sonra, Bakıya dönməliydi”. Bunu “Azadlıq” qəzetinə açıqlamasında Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov deyib.

 

E. Namazov bildirib ki, lakin bu ərəfədə Rüstəm İbrahimbəyovun həmkarlarına qarşı cinayət işi üzrə istintaq hərəkətlərinə başlanılıb: “Bu adamlar vasitəsilə Rüstəm bəyin əleyhinə ittihamlar irəli sürməyə cəhd edirlər”.

 

E. Namazov qeyd edib ki, R. İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina ərizsəinə baxılması tam sürətlə getmir: “Ancaq seçkilərə start verilənə qədər bu məsələ öz həllini tapmalıdır. Rusiya qanunvericiliyinə görə, bu prosedurda şəxsin fiziki iştirak lazımdır. Ona görə də biz Milli Şura olaraq qərara almışıq ki, iyunun 30-da 15 nəfərdən ibarət heyətlə Gürcüstana səfər edək və Rüstəm bəylə seçki məsələlərini müzakirə edək. Əks halda, hakimiyyət Rüstəm İbrahimbəyovun indiki şəraitdə Bakıya gəlməsindən istifadə edə bilər. Yəni Rüstəm bəyin ölkəni tərk etməməsi baradə qərar verə və bunu qondarma cinayət işi ilə əlaqələndirə bilərlər. Ona görə də biz qərara gəlmişik ki, Rüstəm bəy əvvəlcə seçkilərdə iştirak etməsi üçün lazım olan vətəndaşlıqla bağlı sənədləri alıb, sonra Azərbaycana qayıtsın”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2932
avatar

Oxşar yazılar