Aprelin 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimov Azərbaycana rəsmi səfərə gələcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində qonağın MN-də görüşləri planlaşdırılır.
Səfər aprelin 8-dək davam edəcək.
Qeyd edək ki, aprelin 8-də Bakıda MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının keçirilməsi planlaşdırılır.