“Ukraynada zorakılıq halları baş verir, ABŞ isə istənilən zorakılığa qarşıdır”.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Ukraynada baş verənlərə münasibət bildirərkən deyib.
Səfirin sözlərinə görə, rəsmi Vaşinqton bu məsələnin tezliklə həll olunmasını istəyir.
Ukraynada baş verənlərin digər MDB ölkələrinə təsirinə gəlincə, diplomat deyib ki, hər bir müstəqil ölkənin öz yolu var.
“Ona görə də bu barədə spekulyasiya etmək istəməzdim”, - deyə səfir vurğulayıb.