Riçard Morninqstar: “Azərbaycanın müstəqilliyi ABŞ üçün çox mühümdür”
23 aprel 2014 10:54 (UTC +04:00)

Riçard Morninqstar: “Azərbaycanın müstəqilliyi ABŞ üçün çox mühümdür”

Azərbaycan son 20 ildə sovet ölkələri arasında tam müstəqil siyasət yeridib və heç kimin nəzarətində olmayıb”. Lent.az-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib. O qeyd edib ki, bu, ABŞ üçün çox mühüm məsələdir. “Bəs Bakı-Tiflis-Ceyhan layihəsi olmasa idi, Azərbaycan müstəqilliyini saxlaya bilərdimi? Eyni zamanda yeni enerji layihələri də Azərbaycanın müstəqilliyinə yardım göstərir”.

 


Səfir həmçinin Amerikanın Avropaya qaz ixracı məsələsindən də danışıb. O vurğulayıb ki, bununla bağlı Amerikanın dövlət başçısı Barak Obama da çıxıb edib: "Amerika qazını Avropaya göndərməyi gözləyir. Lakin bunun üçün ilk öncə lisenziya alınmalıdır. Hərçənd bütün bunların Azərbaycana təsir edəcəyini düşünmürük. Çünki biz enerji mənbələrini şaxələndirməliyik. Amerikada Xəzər qazına tələbat var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar