Rəsul Quliyevdən Milli Şuraya şərt
29 iyul 2013 23:26 (UTC +04:00)

Rəsul Quliyevdən Milli Şuraya şərt

29 iyulda ACP lideri Rəsul Quliyevin təşəbbüsü ilə bu partiyanın rəhbərliyinin toplantısı keçirilib.  Toplantıya rəhbərlik edən ACP sədri Sülhəddin Əkbər R.Quliyevin ACP rəhbərliyinə təklifini çatdırıb və müraciətini səsləndirib.
 
R.Quliyev təklif edib ki, Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovla görüşmək üçün Tiflisə  yollanan nümayəndə heyətinin tərkibində olan S.Əkbər görüşdə alternativ vahid namizəd məsələsi gündəmə gələrsə, ACP liderinin namizədliyini irəli sürsün. R.Quliyev müraciətində bildirib ki, əgər Milli Şura onun vahid namizədliyini dəstəkləsə, o, heç nədən çəkinməyərək, hətta həbsə alınsa belə, Bakıya qayıtmağa razıdı. Bunun üçün ACP liderinin yeganə şərti isə Milli Şuranın vahid namizədi olmasıdı.
 
Qeyd edək ki, indiyə kimi hər seçkilər ərəfəsində  R.Quliyev ölkəyə qayıtdığını elan etsə də, hər dəfə bu baş tutmayıb.
 
2005-ci ildə isə eks-spikerin qayıdış planının iflasa uğraması, müxalifətə və hakimiyyətdəki bir sıra qüvvələrə ciddi ziyan vurub.
 
musavat.com
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1069
avatar

Oxşar yazılar