Ramiz Rzayev seçkilərdən danışdı
31 iyul 2013 17:19 (UTC +04:00)

Ramiz Rzayev seçkilərdən danışdı

Mərkəzi Seçki Komissiyasının (MSK) təşəbbüsü ilə dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların iştirakçıları Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşüb.


 

APA-nın məlumatına görə, Ramiz Rzayev DSK sədrləri qarşısında “Seçki hüquqlarının məhkəmə müdafiəsi, mübahisələrin məhkəmə aidiyyatı. Bu sahədə məhkəmə təcrübəsi” mövzusunda çıxış edib.


R. Rzayev bildirib ki, seçkilərdə yalnız məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq edilən şəxslərin iştirak etmək hüququ yoxdur. Onun sözlərinə görə, qanunla müəyyən edilən digər hallarda isə seçki hüququ məhdudlaşdırıla bilməz: “Konstitusiyaya görə, hər kəsin məhkəməyə müraciət etmək hüququ var. Seçki hüquqları pozulduğunu iddia edən Azərbaycan vətəndaşları da onların bərpası məqsədilə məhkəmələrə müraciət edə bilərlər”.

R. Rzayev deyib ki, Ali Məhkəməyə birbaşa müraciət edilə bilməz. Bunun üçün seçicilər, namizədlər, siyasi partiyaların, blokların, təşəbbüs qruplarının şikayətləri əvvəlcə müvafiq məhkəmə instansiyasına təqdim olunmalıdır.


Qanunun tələbləri haqda danışan Ali Məhkəmənin sədri onu da bildirib ki, qanun nə qədər geniş olsa da, həyat zəngindir: “Qarşıya çıxan elə məqamlar olur ki, qanun buna münasibət bildirməkdə çətinlik çəkir. Ola bilər ki, qərarınız qanunudur. Nəticəni hissədə əsaslandırmasanız bunu sübuta yetirmək çətin olacaq və şübhə yaradacaq”.

R. Rzayev Ali Məhkəmədə seçkilərlə bağlı baxılan işlər haqda da danışıb: “2010-cu ildə Ali Məhkəmənin Mülki Kollegiyasında 168 işə baxılıb. Onlardan apelyasiya instansiyası məhkəməsinin 160 iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilərək qəbul olunub, məhkəmə qərarı qüvvədə saxlanılıb. Həmçinin, 8 iş üzrə apelyasiya məhkəməsinin qətnaməsi qanunsuz olduğundan ləğv edilib. Onlardan 4 iş üzrə yeni qərar qəbul edilib, 4 iş üzrə apelyasiya instansiya məhkəməsinin qərarı ləğv edilərək, işlər yenidən baxılması üçün məhkəməyə göndərilib. 2010-cu ildə baxılmış işlərin 16-sı bələdiyyə seçkiləri ilə əlaqədar, 152-si Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar olub”.


 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682
avatar

Oxşar yazılar