“Mən hesab edirəm ki, hər bir dövlət qulluqçusu cənab Prezident İlham Əliyevdən nümunə götürməlidir, öz fəaliyyətini yenidən dəyərləndirməlidir. Azərbaycan Respublikasının müasir dövlətçilik fəlsəfəsi dövlət qulluqçusundan Vətən qarşısında öz məsuliyyətini daha dərindən dərk etməyi tələb edir”.
Lent.az-ın xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.
R. Mehdiyev qeyd edib ki, prezidentin ötən gün Heydər Əliyev Mərkəzində regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunan konfransda növbəti dəfə bəyan etdiyi mühüm prinsiplər hər bir dövlət qulluqçusu üçün başlıca həyat kredosuna çevrilməlidir: “ Cənab Prezidentin söylədiyi kimi, hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər”.