Qənirə Paşayeva: ”Cavab versinlər, mənə niyə "nurçu" deyirlər?"
04 mart 2014 14:02 (UTC +04:00)

Qənirə Paşayeva: ”Cavab versinlər, mənə niyə "nurçu" deyirlər?"

0

Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva ona qarşı qara kampaniya aparılması ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə rəsmi müraciət edib.  Lent.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında  Q. Paşayeva özü bildirib.

 

Onun sözlərinə görə, bu gün ölkədə bir qrup insan söz və mətbuat azadlığından istifadə edərək qərəzli kampaniyaya başlayıb: “Onlar artıq özlərinin çirkin, məkrli və qara niyyətlərini mətbuata gətiriblər. Mən müraciət etmişəm ki, bu məsələ, mənə qarşı da bu qara piar kampaniyasının arxasında duranlar araşdırılıb üzə çıxarılsın. Lazım gəlsə, iddia olunanlara rəğmən mənim də fəaliyyətim araşdırılsın, mən buna da hazıram. Bütün fəaliyyətim boyu Heydər Əliyev irsindən, Atatürk yolundan danışmışam, amma bir dəfə də Səid Nursinin adını dilimə gətirməmişəm, onda adım “nurçuluğa" niyə bağlanır?! Başqa ittiham olunan deputatlar özləri bilərlər, amma mən artıq qərar vermişəm və bu qara kampaniyanın, təbliğatın arxasında duran insanların dövlət tərəfindən tapılıb üzə çıxarılmasında qərarlıyam. Bunlar xüsusi məkrli insanlardır, gərək mən Suriyada qırılan azərbaycanlı gəncləri təqdir edəydim? Burada Suriyaya gedib heç nə üstündə qırılan gənclərin qarşısının alınması ilə bağlı çıxış edən kimi dərhal mənə qarşı belə kampaniya başladı. Ona görə də bu insanlar tapılıb üzə çıxarılmalıdır”.

 

Spiker Oqtay Əsədov isə deputata cavab olaraq bildirib kİ, bəzi məsələləri bu iclasda açıb- ağartmaq düzgün deyil: “Müraciət etmisiniz. Daha onu niyə burada elan edirsiz?”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2119

Oxşar yazılar