Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti başladı - YENİLƏNİB
16 avqust 2013 11:47 (UTC +04:00)

Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti başladı - YENİLƏNİB

0
Bu gün Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TÜRKKON) sammiti keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Türkmənistan baş nazirinin müavini Safardurdu Toyliyev (müşahidəçi qismində) iştirak ediblər.

 

 

Tədbirə TÜRKKON Ağsaqqallar Şurasının Azərbaycan tərəfdən nümayəndəsi, millət vəkili Fəttah Heydərov, TÜRKPA baş katibi Ramil Həsənov, TÜRKSOY baş katibi Düsen Kaseinov da qatılıblar.

 

Sammitdə TÜRKKON-a sədrlik Qırğızıstandan Azərbaycana keçib. Qırğızıstan prezidenti sədrliyi Azərbaycan prezidenti İlham Əliyevə təhvil verib.

 

Tədbirdə çıxış edən prezidentlər ölkələrində həyata keçirilən müxtəlif layihələr, o cümlədən regional əməkdaşlığın gücləndirilməsi sahəsində fikirlərini açıqlayıblar.

 

TÜRKKON baş katibi Xəlil Akıncı isə ötən dövrdə görülən işlər barədə hesabatla çıxış edib.

 

Sammitin yekununda Qəbələ Bəyannaməsi qəbul olunub.

 

 

 

***

 

saat 10:30

 

Azərbaycanın Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə toplantısı başlayıb.

 

APA-nın məlumatına görə, toplantıda Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Qırğızıstan prezidenti Almazbek Atambayev iştirak edir.

 

Şurada sədrlik Qırğızıstandan Azərbaycana keçib. Qırğızıstan prezidenti sədrliyi Azərbaycan prezidenti İlham Əliyevə təhvil verib.

 

Sammitin yekununda Qəbələ Bəyannaməsi qəbul olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1152

Oxşar yazılar