Prezident İlham Əliyev Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə Qəbələ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon sakinləri adından çıxış edən Arifə Babayevə Qəbələnin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan prezidentinə minnətdarlığını çatdırıb.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Mərkəzdə 6 qüllə və zalın üzərində diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr olan günbəz düzəldilib. İsveçrə istehsalı olan və səstənzimləmə xassələrinə malik materialdan istifadə olunaraq hazırlanan bu günbəz zalda akustikanın tənzimlənməsinə xidmət edir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir.
Prezident İlham Əliyev konfrans zalı ilə tanış olub. Prezident görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.