Qəbələ sammitində Qarabağ münaqişəsinə münasibət
16 avqust 2013 12:32 (UTC +04:00)

Qəbələ sammitində Qarabağ münaqişəsinə münasibət

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələ sammitinin yekun Bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinə dair maddə yer alıb


 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TÜRKKON) Qəbələ şəhərində keçirilən sammitinin yekun Bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ də qeyd olunub.

 

APA-nın məlumatına görə, sənədin 13-cü maddəsində bu münaqişəyə həsr olunub.

 

13-cü maddədə qeyd olunub ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konflikti regional sabitliyə və əməkdaşlığa zərbə vuran ən böyük problemdir. Tərəflər konfliktin sülh yolu ilə həllinə töhfə verəcək addımları dəstəkləyirlər, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmasına tərəfdardırlar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713
avatar

Oxşar yazılar