Prezident Türkiyənin baş nazirini təbrik edib
31 mart 2014 21:43 (UTC +04:00)

Prezident Türkiyənin baş nazirini təbrik edib

0
Prezident İlham Əliyev martın 31-də Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğana zəng edib.

 

Lent.az-ın AzərTaC-a istinadən məlumatına görə, İlham Əliyev Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə baş nazir Rəcəb Tayyib Ərdoğanı təbrik edib, qardaş Türkiyə xalqına firavanlıq və tərəqqi arzulayıb.

 

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan göstərdiyi diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnun olduqlarını bildirib, əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1109

Oxşar yazılar