Prezident seçkilərinin  Təqvim planı açıqlandı
05 avqust 2013 12:45 (UTC +04:00)

Prezident seçkilərinin  Təqvim planı açıqlandı

Mərkəzi Seçki Komissiyası (MSK) “Oktyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı açıqlayıb.


 

MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Təqvim Planında seçki qanunvericiliyində nəzərdə tutulan əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə qarşıdan gələn Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin yerinə yetirilmə ardıcıllığı, müddətləri və subyektlərin əhatə dairəsi müəyyən edilib.

 

Təqvim Planında qeyd olunur ki, seçkilərin elan edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanır. Aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları namizəd irəli sürə bilər.

 

Təqvim planına əsasən, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi prosesi avqustun 20-dən sentyabrın 9-dək aparılacaq.

 

Seçkiqabağı təşviqatın aparılması prosesinə isə səsvermə gününə 23 gün qalmış, yəni sentyabrın 16-da başlanacaq, oktyabrın 8-dək davam edəcək.

 

“Exit-poll” keçirmək niyyətində olan təşkilatlar isə akkreditasiya üçün sentyabrın 19-dan başlayaraq, 10 gün müddətində müvafiq sənədləri təqdim etməlidir. 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1344
avatar

Oxşar yazılar