Prezident Qazaxıstanın müdafiə nazirini qəbul edib
21 aprel 2014 18:08 (UTC +04:00)

Prezident Qazaxıstanın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev aprelin 21-də Qazaxıstanın müdafiə naziri Serik Axmetovu qəbul edib. Lent.az-ın məlumatına görə, müdafiə naziri Serik Axmetov Qazaxıstan prezidenti Nursultan Nazarbayevin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.
 

Görüşdə Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, Qazaxıstanın müdafiə naziri Serik Axmetovun Azərbaycana səfərinin müdafiə sahəsində də əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.


Prezident İlham Əliyev prezident N. Nazarbayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475
avatar

Oxşar yazılar