Prezident İlham Əliyev aprelin 2-də Türkiyənin Silahlı Qüvvələrinin baş qərargah rəisi Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın “AzərTAc”a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyi vurğulanıb.
Səfərin bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.