Prezident İlham Əliyev Birləşmiş Meksika Ştatlarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marta Elena Barsenanın etimadnaməsini qəbul edib. Lent.az-ın məlumatına görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib və etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib. Səfir ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Dövlət başçısı həmçinin, Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Faizal Razeenin və Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aniset Qabriel Kotçofanın etimadnaməsini qəbul edib.