Prezident İlham Əliyev fevralın 24-də İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə İSESKO arasında əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.