Fevralın 7-də prezident İlham Əliyev Soçidə Çex prezidenti Miloş Zemanla görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə ölkələrimiz arasında münasibətlərin son vaxtlarda inkişafından məmnunluq ifadə olunub. Azərbaycanla Çex Respublikası arasında siyasi əlaqələrin yaxşılaşmasının müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə də əlverişli şərait yaratdığı bildirilib.
Daha sonra görüşdə kənd təsərrüfatı, ticarət, səhiyyə, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Prezident çex həmkarı ilə görüşüb
360