Prezident İlham Əliyev Andrey Klüyevi və Vladimir Voronini qəbul edib
05 iyun 2013 18:00 (UTC +04:00)

Prezident İlham Əliyev Andrey Klüyevi və Vladimir Voronini qəbul edib

Prezident İlham Əliyev iyunun 5-də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Klüyevi qəbul edib. Lent. az-ın məlumatına görə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi A. Klüyev Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Ukraynada çap olunmuş kitabı dövlət başçısına təqdim edib.
Azərbaycanın inkişafında və Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin möhkəmləndirilməsində Heydər Əliyevin xidmətləri ehtiramla xatırlanıb.
Görüşdə Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

 Prezident bu gün həm də Moldovanın keçmiş prezidenti Vladimir Voronini qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532
avatar

Oxşar yazılar