İtlər sahibinin stresli olduğunu  necə anlayır?
26 iyul 2024 12:50 (UTC +04:00)

İtlər sahibinin stresli olduğunu necə anlayır?

İtlər qoxu sayəsində sahiblərinin stresli olduqlarını bilirlər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər bununla bağlı araşdırma aparıb.

Tədqiqata 18 it və onların sahibləri daxil edilib. Araşdırma zamanı it sahibləri müxtəlif emosional vəziyyətlərdə olublar: bəziləri stresə səbəb olan mürəkkəb riyazi məsələləri həll edir, bəziləri isə rahatlamağa səbəb olan sakitləşdirici musiqiyə qulaq asırdılar. Buna görə də, itlərin reaksiyalarına insanların tər qoxuları təsir edir.

Alimlər müəyyən ediblər ki, heyvanlar stresli insanların qoxusunu ala bilirlər. Tədqiqat nəticəsində məlum olub ki, itlər insanların emosional vəziyyətlərini qoxu ilə hiss edə bilirlər, stress qoxusu itləri daha da narahat edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2088
avatar

Arzu Qurbanlı

Oxşar yazılar