Naxçıvanda rüşvət alan  komissarlar həbs olundu
20 oktyabr 2026 15:17 (UTC +04:00)

Naxçıvanda rüşvət alan komissarlar həbs olundu

0

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Kəngərli rayon şöbəsinin sabiq rəisi, polkovnik-leytenant Məftun Xəlilov və mayor Habil Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Məftun Xəlilov 8 il, Habil Niftəliyev isə 8 il 2 ay müddətinə azaqlıdan məhrum edilib.

Hər iki şəxs məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, təqsirləndirilən Məftun Xəlilov Naxçıvan Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin rəisi vəzifəsində çalışarkən vətəndaşlardan təkrarən rüşvət alnaqda ittiham olunur. O, rəis vəzifəsindən çıxarıldıqdan sonra onu Habil Niftəliyev əvəz edib. Habil Niftəliyev də eyni əməlləri törətməkdə ittiham olunur.

Onlara Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfində 311.3.2-ci maddəsi (rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar