Qonşularını boğub həyətdə basdırmışdılar – Ərlə arvada ağır cəza tələbi
20 oktyabr 2026 16:50 (UTC +04:00)

Qonşularını boğub həyətdə basdırmışdılar – Ərlə arvada ağır cəza tələbi

0

Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində qonşularını qətlə yetirməkdə təqsirləndirilən ər-arvad və daha bir nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Gülnar Müzəffərovanın 17 il, onun həyat yoldaşı Elşən Müzəffərovun və Qasım Xankişiyevin isə hər birinin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə tərəfinin vəkilləri çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər.

Növbəti məhkəmə prosesi oktyabrın 27-si saat 15:15-ə təyin edilib.

Xatırladaq ki, dəhşətli hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib.

İttihama əsasən, qəsəbə sakini, 39 yaşlı Səxavət İsmayılov qonşuları – 30 yaşlı Elşən Müzəffərov və onun 28 yaşlı həyat yoldaşı Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb. Daha sonra onun meyiti həmin həyətdə basdırılıb.

Hadisədən sonra ər-arvad saxlanılıb. İbtidai istintaq zamanı cinayətdə iştirakda şübhəli bilinən Qasım Xankişiyev də müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Hər üç şəxsə Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbs qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar