Ronaldo cəzasının yumşaldılmasını   istədi
20 oktyabr 2026 13:37 (UTC +04:00)

Ronaldo cəzasının yumşaldılmasını istədi

0

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo futbola verdiyi böyük töhfələri və idman sahəsindəki xidmətlərini əsas gətirərək Portuqaliya Futbol Federasiyasından ona verilən cəzanın yüngülləşdirilməsini istəyib.

Lent.az xəbər verir ki, daha əvvəl 41 yaşlı futbolçu UEFA Millətlər Liqası çərçivəsində Norveçlə keçirilən və 2:1 hesabı ilə başa çatan oyunda baş məşqçi Jorje Jezuşun onu meydana buraxmamasından sonra özbaşına milli komandanın düşərgəsini tərk edib.

Buna görə Portuqaliya Futbol Federasiyası Ronaldonu bir ay müddətinə futboldan kənarlaşdırıb və 255 avro məbləğində cərimələyib.

Məlumata görə, Ronaldo davranışı ilə bağlı üç yüngülləşdirici hal irəli sürüb. Bunlar futbolun inkişafına əhəmiyyətli töhfə verməsi, idman sahəsində xidmətlərinin olması və iş üzrə həqiqətin müəyyən edilməsində həlledici rol oynamasıdır.

Federasiya futbolçunun ilk iki arqumentini qəbul etsə də, üçüncü arqumentini rədd edib.

Qurum qərarını belə əsaslandırıb:

“Faktların böyük hissəsi ictimaiyyət üçün açıq mənbələrdə mövcuddur. Bu isə uzunmüddətli və mürəkkəb araşdırmanın aparılmasına ehtiyac olmadığını göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar