Lənkəranda anasını döyən  oğula cinayət işi açıldı
20 oktyabr 2026 15:46 (UTC +04:00)

Lənkəranda anasını döyən oğula cinayət işi açıldı

0

Lənkəranda kişi anasını döyüb.

Lent.az xəbər verir ki, hadisə şəhərin B. Mirsalayev küçəsində qeydə alınıb.

48 yaşlı Bəhram Hacıyev (şərti adla) yaşadıqları evdə anasının başına yumruqla zərbə vurub. Nəticədə yaşlı qadın yerə yıxılıb və başından qan axıb. Hadisəyə səbəb Bəhramın xarab paltaryuyan maşınını sökməsi olub. Onun sözlərinə görə, maşın xarab olduğu üçün onu sökərək düzəltmək istəyib. Bu zaman paltaryuyanın içərisindəki çirkli su evə dağılıb. Bunu görən anası Bəhrama evi çirkləndirdiyi üçün əsəbiləşib və ana-oğul arasında mübahisə yaranıb. Bəhram bildirib ki, yaxşılıq etmək istədiyi halda anasının sərt reaksiya verməsindən hiddətlənib və məlum hadisəni törədib.

Fakt əsasında o saxlanılıb və barəsində cinayət işi açılıb.

B. Hacıyev ifadəsində əməlindən peşman olduğunu və dəymiş ziyanı ödədiyini deyib. Zərərçəkən qadın da oğluna qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmə cinayət işinə xitam verib və B. Hacıyev məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar