Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi  olduğunu təsdiqlədi
20 oktyabr 2026 15:09 (UTC +04:00)

Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi

0

Sergen Yalçın Türkiyə Milli Komandasının baş məşqçisi vəzifəsini qəbul etdiyini açıqlayıb. 

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, 4 illik razılaşma əldə edildiyini açıqlayan Yalçın deyib: "Ay-ulduz hər şeydən üstündür. Onsuz da yox demək lüksümüz yoxdur".

Türkiyə milli komandasının baş məşqçisi vəzifəsinə potensial namizəd kimi adı hallanan Sergen Yalçın, Kafa Sports YouTube kanalında verdiyi açıqlamalarda yeni rolu ilə bağlı mühüm mesajlar verib.

Son bir neçə gündə kritik hadisələrin baş verdiyini deyən Yalçın, milli komandaya rəhbərlik etməyin onun üçün böyük şərəf olduğunu bildirib.

Yalçın deyib: "Hamımız üçün uğurlu olsun. Ölkə üçün uğurlu olsun. Bu, çox vacib bir vəzifədir. Son 2-3 gündə bu məsələ ilə bağlı çox vacib hadisələr baş verib. Ay-ulduz (Türkiyə milli komandasının emblemi) hər şeydən üstündür. Klub komandalarından çox üstündür".

Milli komanda məşqçiliyi vəzifəsinin hər məşqçi üçün xəyal işi olduğunu vurğulayan Yalçın, açıqlamasına belə davam edib:

"Bu, hər məşqçinin olmaq istədiyi bir yerdir. Xalqın məşqçisi olmaq gözəldir. Bu, mənim üçün qürur və xoşbəxtlik mənbəyidir. Bundan əlavə, yox demək lüksümüz də yoxdur. Hər kəsin dəstəyi ilə, ümid edirəm ki, milli komanda üçün uğurlu bir yol bizi gözləyir".


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar