“Samsung” şirkətinin “Galaxy S27” seriyasını 2027-ci ilin yanvar ayının əvvəlində təqdim edərək əvvəlki nəsillərlə müqayisədə daha tez satışa çıxarmağı planlaşdırdığı bildirilir.
Lent.az xəbər verir ki, bu addımın şirkətə “Apple” və gözlənilən “iPhone 18” modelləri ilə rəqabətdə üstünlük qazandıracağı ehtimal olunur.
İddialara görə, yeni seriyaya “Galaxy S27”, S27+, S27 Pro və S27 Ultra modelləri daxil olacaq. S27 və S27+ modellərinin əksər bazarlarda “Exynos 2700” prosessoru ilə, S27 Ultranın isə “Qualcomm” prosessoru ilə təchiz ediləcəyi gözlənilir.
Şirkətin yeni modellərdə LPDDR6 operativ yaddaş və UFS 5.0 daxili yaddaş texnologiyalarından istifadə edib-etməyəcəyi hələ dəqiqləşməyib.
Qeyd edək ki, bu məlumatlar rəsmi təsdiqini tapmayıb.