“Qızıl nisbət”ə görə dünyanın ən gözəl qadını seçilib. Ekspertlər öz seçimini ediblər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislər ideal üz formasını hesablamaq üçün qızıl nisbət standartlarına ən yaxşı cavab verən qadınların adını çəkiblər.
İlk üçlükdə üçüncü yerdə Bella Hadidin adı çəkilir. Araşdırmaya görə, 27 yaşlı modelin üzü qızıl standarta 94,35% uyğun gəlir. Bu maraqlıdır, çünki 2023-cü ildə Bella oxşar reytinqin birinci cərgəsini tuturdu.
Hadid etiraf edir ki, hələ məktəbdə olarkən rinoplastika etdirib, indi peşmandır.
İkinci yerdə 27 yaşı olan Zendaya dayanır. Onun üz cizgiləri idealla 94,37% üst-üstə düşüb.
Reytinqin ilk pilləsində 94,66% nəticə ilə Anya Taylor-Coy qərarlaşıb.
Onun gözləri, qaşları, burnu, dodaqları, çənəsi, çənəsi və üz forması “mükəmməl görünüşlü qadın” ideyasına uyğun sayılıb.
İlk onluğa həmçinin Margo Robbi, Beyonc, Teylor Svift kimi ulduzların da adı daxil edilib.