Türkiyəli aktrisa Burcu Özberk maraqlı açıqlaması ilə gündəmə gəlib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hazırda ssenari oxuduğunu bildirən Burcu, “Mənim Türkan Şoray qaydalarım yoxdur” deyib.
“Səhnədə qadağalar qoyan, o olar, bu olmaz deyən qadın deyiləm. Aktyorluqda tabu yoxdur. İndi 2024-cü ildir. Hansı əsrdə yaşayırıq? Amma nəsə edəndə bundan sonra nə olacağını mütləq düşünürəm”, - deyə aktrisa bildirib.