Polisdən  ƏMƏLİYYAT:  Mütəşəkkil dəstənin 5 üzvü ələ keçdi - VİDEO
26 iyul 2024 12:30 (UTC +04:00)

Polisdən ƏMƏLİYYAT: Mütəşəkkil dəstənin 5 üzvü ələ keçdi - VİDEO

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri son əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin 5 üzvü - əvvəllər məhkum olunmuş Bəhlul İsmayılov, Röyal Əliyev, Xəyal Alıyev, Samir Ağayev və Əli Məmmədli saxlanılıblar.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan ümumilikdə 70 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamfetamin, 3565 ədəd metadon, eləcə də preqabalin həbi, narkotiklərin onlayn satışında bilavasitə istifadə edilən bank kartları və tərəzilər aşkarlanıb. Mütəşəkkil dəstənin üzvləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsini, qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını və əldə olunan gəlirlə əsasən gəncləri narkokuryerliyə cəlb etməyi planlaşdırıblar. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, sosial şəbəkələrdən istifadə edən zaman diqqətli olsunlar. Narkotacirlərin yalan vədlərinə inanmasınlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Yeniyetmə özünü binadan atdı

Yeniyetmə özünü binadan atdı

26 iyul 2024 , 16:18
Keçmiş məmurun oğlu dənizdə batdı

Keçmiş məmurun oğlu dənizdə batdı

26 iyul 2024 , 14:21
Qusarda kanalda batan yeniyetmənin meyiti tapıldı

Qusarda kanalda batan yeniyetmənin meyiti tapıldı

26 iyul 2024 , 13:03
Azərbaycanda 34 əcnəbi saxlanıldı - VİDEO

Azərbaycanda 34 əcnəbi saxlanıldı - VİDEO

26 iyul 2024 , 12:52
Pirşağıda kanaldan meyit tapıldı

Pirşağıda kanaldan meyit tapıldı

26 iyul 2024 , 12:13
Bank kartlarından oğurluq edənlər saxlanıldı

Bank kartlarından oğurluq edənlər saxlanıldı

26 iyul 2024 , 12:11
Bakıda maşın işıq dirəyinə çırpıldı, ölən və yaralılar var

Bakıda maşın işıq dirəyinə çırpıldı, ölən və yaralılar var

26 iyul 2024 , 11:45
Ağdamda evlənmək üçün qoşulub qaçan  16 yaşlı qız tapıldı

Ağdamda evlənmək üçün qoşulub qaçan 16 yaşlı qız tapıldı

26 iyul 2024 , 11:19