Gəncədə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
20 noyabr 2026 20:16 (UTC +04:00)

Gəncədə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

0

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Mirzə Şəfi Vazeh küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Opel” ilə “Niva” markalı minik maşınları toqquşub.

Qəza zamanı iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar