Hansı tərəvəzləri çiy yemək  olmaz?
26 iyul 2024 19:33 (UTC +04:00)

Hansı tərəvəzləri çiy yemək olmaz?

Çiy tərəvəzlər daha çox vitamin ehtiva edir, yəni orqanizm üçün daha faydalıdır. Amma həmişə belə olmur. Dietoloq tibb elmləri doktoru Mariyat Muxina hansı tərəvəzlərin çiy yeyilməməsini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu qayda badımcan, qulançar və ispanağa aiddir.

Çiy badımcanın tərkibində mədə ağrısına, həmçinin ürəkbulanma və digər xoşagəlməz hisslərə səbəb ola bilən solanin var.

Qulançarın pəhriz lifi kifayət qədər qabadır, orqanizmin tərkibindəki faydalı maddələri qəbul etməyi çətinləşdirir. Qulançar bişmiş formada istehlak edilən bir bitkidir. Çiy qulançar çox zəif həzm olunduğundan, qaba pəhriz lifinə malik olduğundan, ondan faydalı maddələr sorulmayacaq.

İspanaq bişirildikdən sonra daha az C vitamini ola biləcəyinə baxmayaraq, kalsium, maqnezium və dəmiri mənimsəmə şansı əhəmiyyətli dərəcədə artır. Fakt budur ki, bədən bu vitaminləri çiy ispanaqda sadəcə qəbul edə bilmir.

Bundan əlavə, həzm sistemi və diabet xəstəlikləri üçün dietoloq xurma yeməyi məsləhət görmür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5301
avatar

Arzu Qurbanlı

Oxşar yazılar