Parisdə Yay Olimpiya Oyunlarının  açılış mərasimi keçirilir
26 iyul 2024 21:50 (UTC +04:00)

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir

Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir.

Lent.az xəbər verir ki, planetin ən böyük yarışının açılış mərasimi ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında təşkil olunub.

Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdirilir.

Bundan başqa, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca hərəkət edir.

Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyır.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393
avatar

Oxşar yazılar