Şəkidə çaqqallar insanlar hücum edib.
Lent.az-ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində, M.Ə.Rəsulzadə prospektində baş verib.
Çaqqallar 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə dişləyib.
Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan bildirilib ki, pasiyentlərə bədənin müxtəlif nahiyələrinin açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə yazılıb.