Dünyanın ən zəngin iş adamlarından biri olan İlon Maskın 13-cü övladının anası Eşli Sent-Klerə susması müqabilində 40 milyon dollar təklif edildiyi iddia olunub.
Lent.az xəbər verir ki, Sent-Kler bu təklifi qəbul etmədiyini açıqlayıb.
Sent-Klerin sözlərinə görə, 40 milyon dollarlıq təklif Mask haqqında ictimaiyyət qarşısında danışmaması üçün hazırlanmış məxfilik razılaşmasının bir hissəsi olub. O, maddi rahatlığın həqiqəti söyləməkdən üstün olmamalı olduğunu bildirərək razılaşmanı imzalamadığını deyib.
Sent-Kler həmçinin uşaqlarına nümunə olmaq istədiyini və susmaq əvəzinə yaşadıqlarını danışmağı seçdiyini qeyd edib.
İlon Mask isə bu iddiaları təkzib edib. O, sosial şəbəkədə Sent-Klerə belə bir 40 milyon dollarlıq təklif edilmədiyini bildirib və keçmiş partnyorunun əvvəllər də həqiqətə uyğun olmayan iddialar səsləndirdiyini deyib.