İşdən çıxarıldı: Bələdiyyənin qarşısına qılıncla gəldi
11 sentyabr 2026 05:12 (UTC +04:00)

İşdən çıxarıldı: Bələdiyyənin qarşısına qılıncla gəldi

0

Türkiyədə işdən çıxarıldığı üçün Kastamonu Bələdiyyəsinin qarşısına qılınc və səs tapançası ilə gələn M.Ö. saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

M.Ö. əlində qılınc və səs tapançası ilə bələdiyyə binasının qarşısında gözləməyə başlayıb. Onu görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər.

M.Ö. tez-tez “Çörəyimlə oynadınız” deyə qışqıraraq Kastamonu Bələdiyyəsinin sədri Hasan Baltacı ilə görüşmək istədiyini bildirib.

Əsəb böhranı keçirən şəxs tapança ilə havaya bir neçə dəfə atəş açıb. Hadisə yerinə gələn polis əməkdaşları M.Ö.-nü razı salaraq saxlayıblar. Onun göz yaşlarını saxlaya bilmədiyi və bələdiyyədəki işindən çıxarıldığı üçün bu addımı atdığı bildirilib. Hadisə ilə bağlı araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 66

Oxşar yazılar