6 ay mağarada saxlanılır: Türkiyənin məşhur pendirinin sirri
11 sentyabr 2026 04:07 (UTC +04:00)

6 ay mağarada saxlanılır: Türkiyənin məşhur pendirinin sirri

0

Türkiyənin Niğdə vilayətində istehsal olunan Tabal pendiri 14 metr dərinlikdə yerləşən mağarada 6-8 ay müddətində yetişdirilir.

Lent.az xəbər verir ki, adını Niğdənin Çiftlik rayonunda eramızdan əvvəl VIII əsrdə hökm sürmüş Tabal Krallığından alan pendir ənənəvi üsullarla hazırlanır.

Mağarada ilboyu temperatur 8-12 dərəcə arasında dəyişir və bu təbii şərait pendirin yetişməsi üçün əlverişli mühit yaradır.

Pendir inək südündən hazırlanır. Süd mayalandırıldıqdan sonra kəsmik halına gətirilir, 72 dərəcədə qaynadılaraq qəliblərə tökülür və faydalı bakteriyalar əlavə edilir. Daha sonra pendir parçaya bükülərək mağaraya yerləşdirilir.

Təxminən 6-8 ay ərzində pendirin üzərində əvvəlcə ağ, daha sonra maviyə çalan və ya yaşılımtıl, sonda isə qırmızı kif əmələ gəlir. Kif qırmızı rəngə çevrildikdə pendirin yetişdiyi hesab olunur. Bundan sonra məhsul təmizlənir, qablaşdırılır və satışa çıxarılır.

Tabal pendiri ilə yanaşı Niğdə mavisi, Niğdə ağı, Kapadokya mağara pendiri, obruk tulumu, obruk kaşarı və kütük pendiri də mağarada təbii şəraitdə saxlanılır.

Məhsullar əsasən otel və restoranlara, o cümlədən Antalya, İstanbul, Bodrum və Marmaris kimi turizm bölgələrinə göndərilir.

İstehsalçı xaricdən pendirə böyük tələbat olduğunu və məhsulun ixracı üçün danışıqların davam etdiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 58

Oxşar yazılar