Hindistanın Qreyter-Noyda şəhərində yaşayan sakin internetdən sifariş etdiyi Android cihazının əvəzinə içərisində inək peyini olan bağlama alıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Akaş Naqar adlı şəxs bir neçə gün əvvəl iş üçün internet saytlarından birindən Android cihazı sifariş edib, sifariş zamanı məhsulun pulunu tam şəkildə onlayn ödəyib.
Kuryer bağlamanı Akaşın evinə çatdırıb. Lakin kişi qutunu açanda gözləmədiyi mənzərə ilə qarşılaşıb. Sifariş etdiyi cihazın əvəzinə qutudan inək peyini çıxıb.
Akaş Naqar aldadıldığını anlayaraq polisə müraciət edib və hadisəyə görə məsul şəxslərin müəyyən edilərək barələrində tədbir görülməsini tələb edib.
Hadisə ilə bağlı araşdırma aparılır.