Polis rəisi və ermənilərlə  əlbir olan azərbaycanlı TUTULDU
26 iyul 2024 16:57 (UTC +04:00)

Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU

Rusiyada hüquq-mühafizə orqanları qanunsuz miqrasiyanın daha bir kanalını aradan qaldırıb. Qanunsuz miqrasiyanı isə Tula vilayətində yerli polisin təşkil etdiyi cinayətkar qrupun üzvləri edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, həbslər 2024-cü ilin mayında başlayıb. Daha sonra Tula vilayətində qeyri-qanuni miqrasiyanın təşkili ittihamı ilə 17 nəfər həbs edilib. Onların arasında vilayət Daxili İşlər Nazirliyinin miqrasiya idarəsinin rəisi də olub.

Saxlanılanlar 700-ə yaxın əcnəbiyə Rusiya vətəndaşlığı verməkdə ittiham olunublar.

Bu yaxınlarda Tula vilayətində polis bu cinayətkar qrupun üzvləri olan üç əcnəbini saxlayıb. Bunlardan üçü Ermənistan, biri isə Azərbaycan vətəndaşıdır.

Müstəntiqlərin müəyyən etdiyi kimi, 2021-ci ildən 2024-cü ilin mayına qədər saxlanılan şəxslər Rusiya vətəndaşlığını almaq istəyən şəxsləri əlaqə qurublar. Bundan əlavə, qonaq gələn əcnəbiləri pul müqabilində kirayə mənzillərdə məskunlaşdıraraq, qondarma qeydiyyata almaq üçün onlara iş tapıblar.

Onlar həmçinin qeyri-qanuni miqrantların sonradan Rusiya pasportu ala bilməsi üçün vilayət miqrasiya idarəsinin bəzi əməkdaşları ilə əlbir olaraq saxta sənədlər təqdim etməkdə şübhəli bilinirlər.

Hazırda azərbaycanlı və üç erməninin yaşayış yerində axtarışlar aparılır. Bu günlərin birində onlardan ittiham olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4221
avatar

Mehman Nəbiyev

Oxşar yazılar