Azərbaycanda müğənni ölümdən döndü - HADİSƏ ANI  - YENİLƏNİB
26 iyul 2024 12:27 (UTC +04:00)

Azərbaycanda müğənni ölümdən döndü - HADİSƏ ANI - YENİLƏNİB

Bakıda baş verən yol qəzası ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, iyulun 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol nəqliyyat hadisəsi qeydə alınıb. Sürücü H.Zahidov idarə etdiyi “Opel” markalı avtomobillə Ş. Kamilov küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kəsişməsində yerləşən avtoyuma məntəqəsində olan “Changan” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində avtoyuma məntəqəsində çalışan 1 nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib, tərəflərin izahatları alınıb. Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib. 

Araşdırmalar Sabunçu rayon Polis İdarəsində davam etdirilir.

***
10:01

Məşhur müğənni Mətin Hüseynzadə (MadTeen) faciəli ölümdən son anda qurtulub.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

İdarəetmədən çıxan taksi avtomobili yolun kənarında sexdə dayanan minik avtomobilinə çırpılıb. Həmin avtomobilin müğənniyə dəyməsi isə saniyə məsələsi olub.

Görüntüləri təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2556
avatar

Oxşar yazılar