Türkiyədə universitet tələbələrindən ibarət komanda süni intellektdən istifadə etməklə beyin xərçənginə qarşı yeni molekul hazırlayıb.
Lent.az xəbər verir ki, layihə TEKNOFEST çərçivəsində keçirilən onkoloji yarışmada birinci yerə layiq görülüb.
Komanda əldə etdiyi nəticəni daha da inkişaf etdirərək gələcəkdə xərçəng müalicəsində istifadə oluna biləcək yeni preparatların hazırlanmasına töhfə verməyi hədəfləyir.