Saytı dünyada ən çox  ziyarət edilən   futbol klubu  AÇIQLANDI
04 oktyabr 2026 17:14 (UTC +04:00)

Saytı dünyada ən çox ziyarət edilən futbol klubu AÇIQLANDI

0

“Real”ın rəsmi veb saytı dünyanın ən çox ziyarət edilən futbol klubu veb saytlarının reytinqində növbəti dəfə birinci yeri tutub.

“Real”ın rəsmi veb saytı ardıcıl onuncu ildir ki, dünyanın ən çox ziyarət edilən futbol klubu veb saytı seçilib. 

Lent.az xəbər verir ki, SimilarWeb analitik şirkətinin məlumatına görə, “Real”ın veb saytı mövsümü ayda orta hesabla 8,7 milyon ziyarətlə başa vurub.

Keçən mövsüm Madrid klubunun web saytı rekord sayda - 86 milyon unikal ziyarətçi əldə edib ki, bu da əvvəlki mövsümün göstəricilərindən 9 faiz çoxdur. Ümumilikdə sayt 162 milyondan çox sessiya və 449 milyon unikal səhifəyə baxışı əldə edib.

Auditoriya baxımından ümumi trafikin 28 faizi 25-34 yaş qrupundan gəlir, bütün kontentin 78 faizi mobil cihazlarda izlənilir və portalın özü 8 dildə mövcuddur: ispan, ingilis, fransız, alman, portuqal, yapon, çin və ərəb.

Ən çox ziyarət edilən rəsmi futbol klubu saytları:

1. “Real” - ayda orta hesabla 8,7 milyon ziyarət.

2. “Liverpul” - 7,9 milyon

3. “Arsenal” - 7,8 milyon

4. “Barselona” - 7,6 milyon

5. “Mançester Yunayted” - 5,4 milyon

6. “Bavariya” - 4,8 milyon

7. “Çelsi” - 4,8 milyon

8. “Mançester Siti” - 3,2 milyon

9. PSJ - 2,7 milyon

10. “İnter” - 2,6 milyon
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar