Rusiyanın Kama vilayətinin keçmiş təbii sərvətlər naziri Konstantin Çeremuşki ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, o, Yekaterinburqda barın yanında ölüb.
Məlumata görə, eks-nazir oğulları ilə birlikdə müəssisədə dincəlirmiş. Birdən özünü pis hiss edib bayıra çıxaraq, skamyada oturub. Kişi orada da ölüb.
Onun 2017-ci ildən rəhbərlik etdiyi Qərbi Ural Rostexnadzor da Çeryomuşkinin ölümü ilə bağlı məlumatı təsdiqləyib.