Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyrvanın vəzifəsindən azad edilməsi ilə bağlı müvafiq əmr imzalanıb və vəzifəsinə xitam verilib.
Bu barədə TƏBİB-dən Lent.az-ın sorğusuna cavab bildirilib.
Qeyd edək ki, Dilbər Quliyeva Milli Məclisin deputatı Nəsib Məhəməliyevin qardaşının həyat yoldaşıdır.
***
15:04
Balakən xəstəxanasının direktoru işdən çıxarılıb.
Lent.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Əmrə əsasən, Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva tutduğu vəzifədən azad edilib.
Onun yerinə hələlik təyinat yoxdur.