Rusiyanın Sankt-Peterburq şəhəri və Leninqrad vilayətində polis iki həftə ərzində miqrasiya qanunlarını pozan 900-dən çox miqrantı saxlayıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, polisin apardığı reydlər onlarla bazar, 140 iaşə obyektİ, 150-yə yaxın tikinti obyekti və miqrantların kompakt yaşadığı 200-ə yaxın yerdə keçirilib. Nəticədə 7,5 mindən çox inzibati xəta müəyyən edilib ki, onların da əksəriyyəti miqrasiya qanunvericiliyi ilə bağlıdır.
Ən ciddi qanun pozuntularına yol verənlər Rusiyadan deportasiya olunmaq üçün mərkəzlərə yerləşdirilib. Onların bir neçə il ölkəyə qayıtmasına qadağa qoyulacaq.