Elton Məmmədovun deputatlığa namizədliyi ləğv edildi - SƏBƏB
24 iyul 2024 16:51 (UTC +04:00)

Elton Məmmədovun deputatlığa namizədliyi ləğv edildi - SƏBƏB

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında bir qrup seçicinin 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyini özünün irəli sürdüyü keçmiş deputat Elton Məmmədovun deputatlığa namizədliyinin təsdiqlənməsinin ləğv edilməsi üçün müraciətinə baxılıb.

Lent.az-ın xəbərinə görə, seçicilər müraciətlərində əmlakları barədə məlumatları gizlədən Elton Məmmədovun namizədliyinin ləğv olunmasını istəyiblər.

Məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Qabil Orucov bildirib ki, bir çox çatışmazlıqlar, o cümlədən bir sıra əmlaklar barədə məlumatlar DSK-ya düzgün, tam təqdim edilməyib: “Biz burada məlumatların saxtalaşdırılması faktını çox aydın formada görürük. Məsələn, Bakıda sahəsi böyük olan mənzillər, qeyri-yaşayış sahələri göstərilməyib. Bu məlumatların gizlədilməsi saxtakarlıqdır. Eyni zamanda məsuliyyətə səbəb olur. Digər tərəfdən, şəxsi gəlirləri ilə bağlı araşdırma aparılarkən Elton Məmmədovun sahibkar kimi əldə etdi gəlirləri gizlətdiyi də üzə çıxıb. Həm əmlaklar, həm də gəlirlər barədə məlumatlar gizlədilib”.

Qeyd edilib ki, Elton Məmmədovun namizədliyinin qeydə alınması üçün təqdim edilmiş imza vərəqlərindəki imzalar yenidən yoxlanılıb. İmzaların əksəriyyətinin saxta olduğu da üzə çıxıb.

Məsələ səsvermə çıxarılıb, DSK-nın Elton Məmmədovun deputatlığa namizədliyinin təsdiqlənməsi barədə qərarı ləğv olunub.

Qeyd edək ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716
avatar

Oxşar yazılar