Xəbər verdiyimiz kimi, Xalq artisti Şəfiqə Məmmədova bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilib.
Lent.az Şəfiqə Məmmədovanın qısa bioqrafiyasını təqdim edir:
Şəfiqə Məmmədova nə vaxt və harada anadan olub?
Şəfiqə Məmmədova 1945-ci ilin 30 mart tarixində Dərbənd şəhərində anadan olub.
Şəfiqə Məmmədova ali təhsilini harada alıb?
Şəfiqə Məmmədova 1968- ci ildə ali təhsilini Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluq fakültəsində alıb.
_1789124874.png)
Şəfiqə Məmmədova hansı obrazları ilə yadda qalıb?
Şəfiqə Məmmədovanı Uilyam Şekspirin "Hamlet" (Gertruda), Aleksandr Şirvanzadənin "Nakam qız" (Sona), Lev Tolstoyun "Canlı meyit" (Maşa), Çingiz Aytmatovun "Ana torpağı" (Cenşengülün arvadı), Hüseyn Cavidin "Xəyyam" (Sevda), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (Pırpız Sona), Fridrix Şillerin "Məkr və məhəbbət" (Ledi Milford), Yucin O'Nilin "Qızıl" (Süzen) faciələrində, İlyas Əfəndiyevin "Bağlardan gələn səs" (Gülcan), "Mənim günahım" (Nurcahan), "Məhv olmuş gündəliklər" (Anjel), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (Nihal), İmran Qasımovun "Nağıl başlananda" (Tahirə) lirik-psixoloji dramlarında, Mirzə İbrahimovun "Bəşərin komediyası və ya Don Juan" (Teadora), Maksim Qorkinin "Meşşanlar" (Yelena Nikolayevna), Səməd Vurğunun "İnsan" (Nataşa), Raço Stoyanovun "Qısqanc ürəklər" (Milkana), Cəfər Cabbarlının "Aydın" (Gültəkin), Nikolay Poqodinin "Zamanın hökmü" (İrina), Əkrəm Əylislinin "Yastı təpə" (Bəyaz) pyeslərində səhnə obrazları yaradıb.
Şəfiqə Məmmədova hansı filmlərdə çəkilib?
Aktirası məşhur "Qaraca Qız" (Pəricahan xanım), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə də çəklib.

"Bizim Cəbiş müəllim" (Cəbişin arvadı)
Şəfiqə Məmmədova hansı mükafatlara layiq görülüb?
Şəfiqə Məmmədova Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb.
Şəfiqə Məmmədovanın hansı fəxri adları var?
Aktrisa 1974 -cü ildə "Azərbaycanın əməkdar artisti", 1982-ci ildə "Azərbaycan SSR xalq artisti", 2013-cü ildə "Şərəf" ordeni", 2018-ci ildə "Cəfər Cabbarlı mükafatı" və 2020-ci ildə isə "I dərəcəli "Əmək" ordeni" qazanıb.
Şəfiqə Məmmədova hansı vəzifələri tutub?
Şəfiqə Məmmədovca 1980-ci illərdə aktrisa teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb. 1995–2000-ci illərdə Azərbaycan Respublikası I çağırış Milli Məclisinun deputatı olub.
Şəfiqə Məmmədovanın ailəsində mədəniyyət adamları olubmu?
Şəfiqə Məmmədovanın qardaşı Məmməd Məmmədov da aktyor olub. “Azərbaycanfilm” Kinostudiyasının ekranlaşdırdığı bir neçə filmdə (“Asif, Vasif, Ağasif”, “Burulğan” və s.) rolları ifa edib.
Şəfiqə Məmmədova Azərbaycanın görkəmli teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub.
Mehdi Məmmədovla birgə nikahından Ülvi adlı oğlu var. Ülvi Mehdi də valideynlərinin sənət ömrünü davam etdirir. O, kinossenarist kimi fəaliyyət göstərir.