Tovuzda erməni təxribatının  qarşısı alındı
25 iyul 2024 16:05 (UTC +04:00)

Tovuzda erməni təxribatının qarşısı alındı

İyulun 25-də saat 10:55 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1428
avatar

Oxşar yazılar