Prokuror 9 il cəza  istədi, hakim azadlığa buraxdı - Bakıda ŞOK MƏHKƏMƏ
18 sentyabr 2026 15:20 (UTC +04:00)

Prokuror 9 il cəza istədi, hakim azadlığa buraxdı - Bakıda ŞOK MƏHKƏMƏ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa zərər vurmaq və quldurluq etməkdə təqsirləndirilən E.F-in cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibi təqsirləndirilən şəxsə qarşı irəli sürülən maddələrin Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsiv edərək işə xitam verilməsini, təqsirləndirilən E.F-in məhkəmə zalından azadlığa buraxılmasını hökm edib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən E.F-in 9 il azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, hadisə 23 may, 2025-ci ildə Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən "Bağça" restoranının yaxınlığında baş verib.

İttihama görə E.F restoranın yaxınlığında dayanan Ramil Hüseynova yaxınlaşaraq, ondan 2 manat çay pulu istəyib, lakin Hüseynov bu  tələbi yerinə yetirməkdən imtina edib. Bundan qəzəblənən E onu izləyərək, ərzaq mağazasının qarşısında yaxalayaraq, üzünə və baş nayihəsinə çoxsaylı xəsarətlər yetirib. Hüseynovun tanışı Rövşən Niyazovun əraziyə yaxınlaşmasından sonra E hadisə yerindən qaçaraq, uzaqlaşıb.

Faktla bağlı cinayət işi başlanılıb, E.F Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar