Boşanma mübahisəsi silahlı atışmaya çevrildi: 5-i ağır olmaqla 12 nəfər yaralandı
19 sentyabr 2026 06:18 (UTC +04:00)

Boşanma mübahisəsi silahlı atışmaya çevrildi: 5-i ağır olmaqla 12 nəfər yaralandı

0

 

Türkiyənin Ərzurum şəhərində boşanma mərhələsində olan cütlüyün yaxınları arasında yaranan mübahisə silahlı atışmaya çevrilib.

Lent.az xəbər verir ki, baş verən hadisə zamanı 3 nəfər evlərin balkonundan ov tüfəngləri və tapançalarla atəş açıb.

Polis tərəfindən saxlanılan şəxslərin atəş açması nəticəsində biri polis olmaqla 12 nəfər yaralanıb. Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.

Məlumata görə, hadisə boşanma prosesi ilə bağlı yaranan mübahisədən qaynaqlanıb. Bundan bir gün əvvəl Y.E.T. boşanma mərhələsində olduğu həyat yoldaşı Z.T.-ni bıçaqlayıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 148

Oxşar yazılar